Şənbə, 27 Aprel

Ermənilərin bizə "bəxş" etdikləri - 1 milyon qaçqın, 1 milyon mina...

image

Azərbaycan ərazilərini minalardan təmizləmək üçün 30 il vaxt və 25 milyard ABŞ dolları lazımdır! 42,5 milyard manat! Bunu beynəlxalq mütəxəssislər hesablayıb. Dövlət başçımız da Astanada keçirilən sammitdəki çıxışında bu faktı diqqətə çatdırıb.

Xatırladım ki, Azərbaycanın 2022-ci il üçün dövlət büdcəsi təqribən 30 milyard civarındadır. Deməli, təkcə indiki şərtlər çərçivəsində Azərbaycan dövləti xalqa çatası il yarımlıq vəsaitlərini erməni faşistlərinin basdırdıqları minaların təmizlənməsinə sərf etməlidir! Görün bu qədər vəsaitlərlə nələr edə bilərdik. Yeni bir şəhər salmağa, paytaxt tikməyə kifayət edəcək vəsaiti təkcə minaların təmizlənməsinə sərf edəcək dövlətimiz!

Bu mənada Ermənistanın işğal dövründə Azərbaycana vurduğu zərər barədə danışarkən işlədilən 50 milyard dollar rəqəmi heyrət doğurur. Nə 50 milyard?! Təkcə mina çirklənməsinə bu qədər vəsait xərcləyəcəyiksə, deməli, söhbət yüz milyardlarla dollarlıq təzminat tələbindən getməlidir! İmkanları yoxdur? Bəs onları kim vadar etmişdi Azərbaycan torpaqlarını zəbt eləsinlər, sərvətlərimizi talasınlar, qəbirlərimizi, evlərimizi dağıtsınlar, yeraltı-yerüstü ehtiyatlarımızı tarmar eləsinlər, rədd olub gedəndə də mina düzsünlər ayağımızın altına?! Ermənilər azı bir əsr Azərbaycana təzminat ödməlidirlər ki, bir də bizə qarşı xam xəyala düşməsinlər!

Ölkə başçısı onu da deyib ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Sitat: “İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb”. 1 MİLYON!!!

Təsəvvür edin, erməni qaniçənlərin 30 il ərzində basdırdığı minaları Azərbaycan bundan sonra daha 30 il ərzində təmizləməlidir! Ermənistanın işğalı nəticəsində 1 milyon azərbaycanlı evindən, yurdundan didərgin salındı, məşəqqətli ömür yaşadı illər uzunu, yurdunun həsrətilə dünyadan köçənlərimizin niskili də bir ayrı dərd. Və 1 milyonumuzu evindən perik salmasının əvəzində Ermənistan faşist ordusu bizə 1 milyon mina qoyub getdi!!! Sanki kod işarədir, ermənilər hər qaçqın-köçkün üçün 1 mina hesablayıblar, soyqırım başqa necə olur ki?!

İşğaldan azad olunmuş ərazilərimizdə hətta elə yerlər var ki, bir kv.metrdə piyada əleyhinə 10 mina basdırılıb! Ədalət olsaydı, təkcə bu fakta görə Ermənistana, erməni faşistlərinə yaşamaq haram edilərdi. Amma bu günədək bir erməni qaniçəni beynəlxalq məhkəmə qarşısında dayanmayıbsa, nə ədalət?!

Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.

Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən ancaq cari ilin 15 avqust tarixindən 31 avqust tarixinədək 1318 ədəd PMN-Э növlü minalar aşkar edilib. Özü də 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır bunlar! Biz bunlara Laçını rahat şəkildə boşaltmaları üçün imakn yaratmışıq, bunlar da rahatca ayağımızın altını qazıb, minalar düzüblər!!!

Təkcə ayağımızın altınımı? Zabux və Sos kəndlərinin boşalmasından sonra aşkarlanan minaları, "sürpriz"li partlayıcıları gördünüzmü? Qapılara, pəncərələrə, evdəki istifadəsiz əşyaların altına belə,  minalar qoymuşdular, evin sahibləri qayıdanda partlasın. Azərbaycan bu mundarlara iki il vaxt verdi, 2020-ci ilin 10 noyabr razılaşmasından sonra! Nəticəsini gördük: benzin səpilərək yandırılan evləri, qapı-bacaya quraşdırılan minaları, qumbaraları...

Beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir. Amma görünür erməni faşizmi üçün keçərli deyil beynəlxalq hüquq, qadağalar, konvensiyalar. Bu faktdır ki, Ermənistanda hələ sovet dövründən tank və piyadalar əleyhinə mina istehsal edən zavod fəaliyyət göstərib. Hazırda isə bu ölkənin ərazisində region üçün, insanlıq üçün, həm də ümumilikdə bəşər üçün təhlükə təkcə Metsamor AES deyil, həm də fəaliyyətdə olan 2 mina zavodudur! SSRİ dağıldıqdan sonra Ermənistandakı mina zavodları həm erməni ordusunun, həm də KTMT üzvü olan bəzi dövlətlərin sifarişi əsasında onları TM-62 və TM-57 minalarla təmin edib. KTMT üzvü olan ölkələrin və qardaş Türkiyənin də bu məsələdə sərt mövqe qoyması üçün iş aparmaqda fayda var.

Bu gün dünya ölkələri piyada əleyhinə minaların istehsalını tam dayandırmaqla bağlı müzakirələr aparır. Amma bu müzakirələrin Ermənistana dəxli yoxdur, olsaydı, hansısa təzyiqlərlə üzləşər, fəaliyyəti məhdudlaşdırardılar. Amma bunlar hətta müharibə bitəndən, kapitulyasiya sənədi imzalayandan sonra da Rusiya “sülhməramlıları”nın himayəsi ilə Qarabağa mina daşıyıb, basdırıblar. Azərbaycan insanların qayıdışına hazırlaşır, minaları təmizləyir, inşaat işləri aparır – bu zaman da şirkət əməkdaşları, rəsmi qurumların təmsilçiləri minaya düşürlər – erməni terrorçular isə yeni istehsal olunan minaları basdırmaqda davam edirlər! Bu, nonsensdir, heç bir dövlət belə vəziyyətə dözməz, ərazisindəki belə, terrorçu tayfanın nəslini kəsər, yaxud sərhədlərindən üzü dərəyə yuvarlayardı topluqarışıq. Azərbaycana isə təzyiq göstərirlər ki, Qarabağdakı ermənilərə dəyməyin, silahını əlindən almayın, daha nələr...

Qeyd etdiyimiz kimi, Azərbaycan ərazilərində masdırılan minaların mütləq əksəriyyəti Ermənistan ərazisindəkİ zavodlarda istehsal olunur. Və bu zavod bir gün belə, istehsal prosesinə ara vermir. Ermənistanda istehsal olunan minalar daha çox ona görə təhlükəlidir ki, piyada və tank əleyhinə minaların korpusu plasmas və ya taxtadan olur, minaaxtaran cihazlarla aşkarlamaq çətin olsun deyə, bunu düşünüblər. İnsanlıq əleyhinə cinayət davam edir! Təsəvvür edin, sabah Qarabağda öz həyətində oynayan, gəzən uşaq həmin minaların qurbanı ola bilər. Amma ermənipərəst qüvvələrin vecinədirmi? Baxmayaraq ki, Ermənistan Minalar Əleyhinə Konvensiyaya qoşulmayıb, hər bir ölkə Konvensiyaya qoşulmasa da, onun tələbələrini yerinə yetirməlidir!

Dünyada qaraçı tayfalarına bir çox sahələrdə “yaşıl işıq” yandırıldığı kimi, görünür hay tayfalarına da bənzər münasibət mövcuddur, əksini düşünmək mümkün deyil.

Bir beynəlxalq təşkilat, bir Qərb paytaxtı bu alçaqlığa görə erməni faşitlərini ittiham və mühakimə etmir, əksinə, Azərbaycana təzyiqlər üçün çeşidli uydurmaları ortaya atırlar. Budur, yenə Azərbaycan əleyhinə qətnamə qəbul etmək yarışı başlamaq istəyir Qərbdəki ermənisifətli “demokratlar”. Vaxtilə Ermənistan ordusunun polkovniki Koryun Qumaşyan etiraf etmişdi ki, Laçın və Kəlbəcər rayonları ərazisinə çoxlu sayda mina basdırıblar. Sitat: “Mən və kontingentim Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırmışıq, siz həmin minalara görə, o rayonlarda heç nə edə bilməzsiniz. Hərbi əsirlərimizi bizə qaytarın, mən də mina xəritəsini təqdim edim”.

İnsanlıq əleyhinə cinayəti etiraf edən Qumaşyan beynəlxalq terrorçu elan olunmalıydı, amma...Hərbi əsirlərin qarşılığında Azərbaycana verilən 200 minlik mina xəritəsinin 75 faizi saxta çıxdı, bu faktın da üstündən sükutla keçdi dünya birliyi...

Bəzən vətəndaşlarımız işğaldan azad olunmuş ərazilərə sərbəst gediş-gəlişin təmin olunmamasından gileylənirlər. Amma əbəs yerə. Təkcə 44 günlük müharibə başa çatandan sonra azad olunmuş ərazilərində 250-dən çox vətəndaşımız mina partlaması nəticəsində həlak olub, yaxud ağır xəsarətlər alıb. Bu faktlar onu deyir ki, hələ nə müharibə bitib, nə ermənilərin işğalına birdəfəlik son qoyulub. Hər addımımızda diqqətli olmalıyıq...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45